Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus iki bacını 50 illik ayrılıqdan sonra qovuşdurub

ABŞ-ın Nebraska ştatında iki bacı koronavirus sayəsində 53 illik aradan sonra yenidən görüşüblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı CNN verib.

Məlumata görə, 73 yaşlı Doris Krippen səhhətində narahatlıq hiss etdiyinə görə xəstəxanaya müraciət edib. Orada ona COVID-19 diaqnozu qoyulub.

Məlum olub ki, həmin xəstəxanada 22 ildir onun kiçik bacısı Bev Boro da çalışır. Bev və Dorisin ataları eyni, anaları isə fərqlidir.

Bildirilib ki, bacılar bir-birini 53 ildir görməyiblər. Buna səbəb Dorisin anası, Bevin isə 14 bacı və qardaşı ilə birgə başqa bir ailəyə övladlığa verilməsi olub. Doris uzun illər doğmalarını axtarsa da, boşuna olub.

Qeyd olunub ki, Bev xəstəxana pasiyentinin onun bacısı olduğuna əmin olmaq üçün eşitmə zəifliyi olan Dorisə atasının adı yazılmış ağ lövhə gətirib. Qadın bu adın atasına məxsus olduğunu təsdiqləyib.

“Bu inanılmazdır... Sadəcə bu qədər ildən sonra ağlasığmazdır. Düşünmürdüm ki, onu yenidən görə biləcəyəm”, - pasiyent Doris Krippen heyrətini gizlətməyib.

Bev digər qardaş və bacıları ilə əlaqə saxlayır. İndi isə onlar ailəvi görüş keçirməyi planlaşdırırlar.

Son xəbərlər
Bütün xəbərlər »