Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın qoynunda bəslədiyi ilan özünü çalmaqdadır – Erməni xisləti

Bir neçə gündür Rusiya mediasında Paşinyanın Sros Fondu hesabına hakimiyyətdə oturduğu vurğulanır, ona qarşı soyuq münasibət və xüsusi kampaniya aparıldığı aşkar görünür. Bu gün səhər isə Xabarovsk şəhərində erməni diasporunun rəhbəri rus xalqını ermənilər kimi ayağa qalxmağa və Putini devirməyə çağırdı. Necə deyərlər bəslə qarğanı, oysun gözünü. Rusiyanın qoynunda bəslədiyi ilan indi zəhərini ona axıtmaqdadır.

Bunu bir çox ekspertlər siyasi oyunun bir parçası hesab etsə də , politoloq Tərlan Eyvazovun Bizimyol.info-ya açıqlamasına görə, məsələyə başqa rakursdan baxılsa, artıq rusların erməniləri yemləməkdən bezdiyini görmək olar.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Ermənilərin hazırda Ruiyaya yönəlik hərəkətləri heç də qıcıq yaratmaq üçün deyil, görüntü deyil. Biz bu fikirləri dağıtmağa çalşanda bizə rusbaş deyirlər. Siyasətdə qoyulmuş bir qızıl qanun var. Daimi dost və ya düşmən olmur, daimi maraqlar olur. Bu gün maraqlar onda kəsişib ki, ermənilərin Rusiyaya xristian dünyasına və qərbə yönəlik münasibətlərində gah yazıqlaşması, gah özünü vacib persona kimi təqdim etməsi artıq bezdirici hal almağa başlayıb, erməni yalanı dağılmağa başlayıb. Azərbaycanın qərbə yönəlik iqitisadi siyasəti də öz bəhrəsini verməkdədir.

Azərbaycan Çin, Qərb və Rusiya üçün vacib ölkəyə çevrilib. Tofiq Zülfüqarovun təbirincə desək Ermənistan artıq qulpsuz çamadana bənzəyir, onu götürməyə heç kimin həvəsi yoxdur.

Heç bir geosiyasi maraq təşkil etməyən ölkədir. Ermənistan Dağlıq Qarabağla Dnestryanı , Abxaziya kimi kifayətlənsəydi, bəlkə də hadisəələrin taleyi fərqli olacaqdı. Lakin Qarabağdan əlavə rayonların işğalı BMT qətnamələrinin verilməsinə səbəb oldu və nəticə bu günküdür. Bu gün Ermənistanın ambisiyaları öz boyunu aşır. Buna görə Rusiya bəyan etdi ki, Ermənistana görə Türkiyə ilə döyüşə girib,əsgərlərini qırmaq istəmir, Suriyada Türkiyə ilə əməkdaşlıq ona gətirdi ki, Rusiya öz istəklərinə çatdı, Əsəd rejimini qoruyub saxlaya bildi.

Bizim Rusiyaya yönəlik milyardlıq layihələrimiz var. Bu əslində bizə heç lazım da deyil, amma bir növ töycüdür, belə desək hədiyyədir, bunu da qəbul etmək olar. Rusiya hərbi sənaye kompleksinin Rusiya siyasətinidə böyük çəkisi var. Enerji layihələrində, logistika koridorlarında Rusiyanın maraqlarını təmin edirik. Bizim sərhədlərimizin möhkəmliyi Rusiyanın da maraqlarındadır. Gürcüstan və Ermənistandan fərqli olaraq biz sərhədlərimizi yüksək səviyyədə qoruyuruq və onunla həmsərhəd olaraq Rusiyanın cənub sərhədlərinin möhkəm qorunmasını da təmin edirik. Bunlar əlbəttə erməniləri, onun lobbisini qıcıqlandırır”,- deyən ekspert ermənilərin tarixi siyasətlərini davam etdirdiklərini xatırladıb.

“Onlar Qacarlar dövründə də dövlətin zəifləməsindən istifadə ediblər, İranın Rusiya tərəfindən işğalına dəstək verdilər. Tərkibində yaşadıqları Osmanlıya arxadan zərbə endiriblər. Eləcə də çar Rusiyasına da zərbələr vurublar. Ona görə çar “Daşnakstyun”un ləğv edilməsi barədə ukaz vermişdi. SSRİ-nin laxladığı bir dövrdə onlar Qərbin yardımı ilə gələcək çöküşdən xəbərdar olub, Dağlıq Qarabağ münaqişəsini yaratmaqla bu dövlətin yıxılmasına bir zərbə vurdular. Bu gün Xabarovskda baş verənlər də onu göstərir ki, erməni xisləti yenə özünü ortaya qoyub. Onlar Putinin yerinə iddialı ola biləcək siyasi qüvvələrin yanında yer almağa çalışılar.

Rusiya düşməndir deyib durmaqla deyil, siyasət işlədib onunla işləmək lazımdır. Rusiya bizdən kifayət qədər xeyr götürür. İndi əsas məsələ Ermənistanı yersiz ambisiyalarından çəkilməyə vadar etdirmək dir. Əgər bu xəstə xalq buna qane olmasa, ordu sözünü deməlidir.Azərbaycan ordusunun da buna imkanları var”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »