Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
VMHP Marneuli-Qardabani üzrə namizədi ilə bağlı qərar verib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası (VMHP) Azər Süleymanovu deputatlığa namizəd irəli sürəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlıq uğrunda mübarizə aparacaq.

A.Süleymanov “Marneuli” radiosuna partiyada namizədliyinin yekdilliklə dəstəkləndiyini bildirib.

VMHP yaxın günlərdə namizədlərini rəsmi şəkildə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, A.Süleymanov 1999-cu ildən Gürcüstan parlamentində təmsil olunur.

Son xəbərlər
Bütün xəbərlər »