Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evə girənlər ər-arvadı döyərək 5 000 manat aparıblar

Bakıda quldurluq hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyulun 20-də 2 nəfərin aldadaraq S.Melyoxinanın yaşadığı mənzilə girməsi, onun və əri R.Fomişçinin ağız və əl-ayağını yapışqanlı lentlə bağlayıb, döyərək oradan 5 000 manat pul aparmaları barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.İzzətov saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »