Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sabiq Roma Papası ağır xəstələnib
Roma papası

Sabiq Roma Papası XVI Benedikt bu ilin iyun ayında Almaniyaya səfər etdikdən sonra ağır xəstələnıb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Passauer Neue Presse” nəşri Papanın bioqrafı, almaniyalı jurnalist Piter Zeevalda istinadən məlumat yayıb.

Qeyd olunur ki, həkimlər pontifeksə üz nahiyyəsində qızıl yel xəstəliyi diaqnozu qoyublar. Zeevald bu barədə avqustun 1-də Romada XVI Benediktə həsr olunmuş bioqrafiyanı təqdim edərkən xəbər tutub.

Məlumdur ki, iyun ayında Papa daha sonra ağır xəstəlikdən vəfat edən böyük qardaşı - 96 yaşlı keşiş Georq Ratsingeri ziyarət edib.

Nəşrin bildirdiyinə görə, pontifeks artıq ölümündən sonra açıqlanacaq mənəvi vəsiyyətini hazırlayıb. O, San Pietro bazilikası altındakı kriptada Müqəddəs II İoann Pavel məzarlığında dəfn edilməsini arzulayır.

Paylaş »
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Şübhələrimiz var” - Foto
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »