Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
turk-f-35i-ilk-ucusunu-yapti-rJD

Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yerevana hava zərbəsi məsafəsinə qədər yaxınlaşıb.

Virtualaz.org xəbər verir ki, bu barədə avia.pro iddia edir.

Bildirilir ki, dünən Türkiyə tərəfi öz qırıcılarını düz Yerevana istiqamətləndirib. Mənbələrin bildirdiyinə görə, ən azı 2 F-16 qırıcısı birbaşa döyüş kursu ilə Yerevana istiqamət alıb və Ermənistan paytaxtına 56 kilometr qalmış geri qayıdıb. Bu isə aviasiya raketlərinin zərbə radiusudur. Bununla da Ermənistan paytaxtına hava zərbəsini sınaqdan keçirib.

İddia edilir ki, Türkiyə qırıcıları Azərbaycanın hava məkanında uçub. Bu zaman Ermənistan sərhədi boyu Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 4 vertolyotu da uçuş keçirib, vertolyotlar Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçib, amma sərhədi pozmayıb.

Xatırladaq ki, Azərbaycan-Türkiyə birgə irimiqyaslı təlimləri iyulun 29-dan başlayıb, təlimlər avqustun 10-nadək davam edəcək. Təlimlərə qatılmaq üçün Türkiyənin F-16 qırıcıları, “Atak” hücum vertolyotları, reaktiv yaylım atəşi sistemləri və bir diviziya canlı qüvvəsi göndərilib. Ermənistanda bu təlimləri təşvişlə izləyirlər.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »