Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xızı poçtundan oğurluq edən şəxs tutuldu
hebs

"Azərpoçt" MMC-nin Giləzi poçt şöbəsinin binasından oğurluq edən şəxs tutulub.

Bizimyol.info xəbər verir ki, DİN-n mətbuat xidmətindən verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08.02.2020-ci il tarixində "Azərpoçt" MMC-nin Xızı poçt filialının Giləzi poçt şöbəsinin binasına qanunsuz daxil olaraq orada olan seyfdən 1063 manat pul oğurlamış qəsəbə sakini Pərviz Ağazadə saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs oğurluq hadisəsini gecə saatlarında törətdiyini etiraf edib.

P.Ağazadənin ətrafında aparılan tədbirlərə onun digər cinayət əməlinin üstü də açılıb. Belə ki, həmin şəxsin cari ilin iyul ayının 17-də Gizəzi qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi sübuta yetirilib.

Faktlarla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »