Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda kriminal aləmə meyilli olan şəxslər polisə atəş açıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar.

Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb. Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub.

Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »