Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər: Yoluxma zamanı insanı öz immuniteti də öldürə bilir

Kaliforniya Universitetinin bir qrup alimi apardıqları tədqiqatlar nəticəsində bəyan ediblər ki, koronavirusa yoluxmuş bəzi insanların immun sistemi öz orqanizminə düşmən kəsilir. Belə ki, güclü immun sistemi toxuma və orqanlara hücuma keçir.

Bizimyol.info MedicalXpress-ə istinadən xəbər verir ki, istənilən patogen kimi , SARS-CoV-2 virusu da orqanizmə düşdükdən bir neçə dəqiqə sonra immun sisteminin müdafiə qalxanı ilə qarşılaşır. Bir çox hallarda xəstələrə virusa qalib gəlməyə öz immun sistemi mane olur. Ağciyərləri çox zaman koronavirus deyil, məhz immun sistemi məhv edir.

Məqalədə həmçinin qeyd olunur ki, koronavirus bütün orqanizmə yayıldığı üçün müxtəlif simptomlara səbəb olur.

Qeyd edək ki, immun sisteminin orqanizmə hücumu adətən, allergiya xəstələrində qeydə alınıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »