Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video

Erməni diasporu Xabarovskda hökumət əleyhinə təşkil edilmiş etiraz aksiyalarına qoşulub.

Bizimyol.info Rusiya KİV-ə istinadən xəbər verir ki, dünən Xabarovskdakı erməni diasporunun rəhbərlərindən olan Davtyan etirazçılar qarşısında çıxış edərək, həbs olunmuş eks-qubernator Sergey Furqalın dərhal azad edilməsini tələb edib.O, həmçinin Rusiya prezidenti Vladimir Putini də sərt tənqid edərək, rusları da ermənilər kimi ayağa qalxmağa, Putinə qarşı çıxmağa çağırıb.

“Rusiyanın hakim dairələri xalqı aldadır və ondan qorxmur. Hökumət ruslardan qorxmur, amma qafqazlılardan qorxur. Əgər qafqazlılar sizin yanınızda olsa siz azad olacaqsınız”,- deyən Davtyan ermənilərin Xabarovskdakı etirazları dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, Rusiyanın Uzaq Şərqində yerləşən Xabarovsk diyarının qubernatoru Sergey Furqal iyulun 9-da həbs olunub.

O, təxminən 15 il əvvəl baş verdiyi deyilən cinayətlərdə ittiham olunur. Sabiq qubernator ittihamları rədd edib və günahsız olduğunu bildirir.

Sergey Furqal Liberal Demokrat Partiyasının üzvüdür.

O, 2018-ci ildəki seçkilərdə Kremlin namizədinə qarşı mübarizədə qələbə qazanmağa müvəffəq olub. Bir çoxları hesab edir ki, siyasətçinin həbsi həmin qələbəyə görə siyasi intiqamın nəticəsidir. Sergey Furqalın həbsiylə bağlı üç həftədir ki, arası kəsilməyən kütləvi etirazlardan sonra, yeni izdihamlı nümayiş keçirilib.

Şənbə günü Moskva da daxil, Rusiyanın təxminən 15 şəhərində Xabarovsk ilə həmrəylik aksiyaları keçirilib. Aksiya gedişatında bəzi nümayiş iştirakçıları saxlanılaraq, polis bölmələrinə aparılıb. Xabarovsk şəhərində keçirilən aksiya iştirakçıları həbs olunandan sonra Moskvaya aparılan sabiq qubernatorun sərbəst buraxılmasını tələb edirlər.

Onlar həmçinin Sergey Furqalın yerinə təyin edilən rəsminin geri çağırılmasını istəyirlər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »