Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məkkəyə velosipedlə illərlə yol getdi - Video

Mərakeşdə yaşayan Yasin Hallam Həcc ziyarətinə getmək üçün qəribə üsul seçib. O, vətənindən Səudiyyə Ərəbistanına velosipedlə yola düşüb.

Bizimyol.info xəbər verir ki, Mərakeş vətəndaşı Məkkəyə illərlə yol gedib. O, 31 min kilometr qət etməli olub. Yasin ümumilikdə 28 ölkədən keçib.

Mərakeşli bu yolda çox əziyyət çəkib. Çünki sərhədləri keçmək heç də asan deyil. Məsələn, Əlcəzair sərhədindən onu geri qaytarıblar. Yasin daha uzaq marşruta üstünlük verməli olub.

Hallam üçün başqa bir çətinlik maddi sıxıntı olub. Dörd il yollarda qalan velosipedçi bəzi ölkələrdə işləyərək məqsədinə nail olmağa çalışıb. O, hətta restoranda qab da yuyub.

Yasini Səudiyyə Ərəbistanında çox isti qarşılayıblar. Ona qalmağa yer veriblər. İlk qarşısına çıxan insanlar mərakeşlinin qayğısına qalmağa başlayıblar, ona özünü ikinci vətənində hiss etməli olduğunu deyiblər. Amma hazırda yaşanan səhiyyə böhranı Yasinə müqəddəs yeri ziyarət etməyə mane olub.

Yasin gələn il Səudiyyə Ərəbistanına valideynləri ilə gəlmək istəyir. Sosial mediada insanlar bunun üçün pul toplayır.

2016-cı ildə Məhəmməd adlı çinli müsəlman Məkkəyə velosipedlə yola düşmüşdü. Amma o, cəmi 8150 kilometr qət etməli olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »