Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə çimərliklərə böyük axın

Türkiyədə koronavirusla bağlı vəziyyət nisbətən sabitləşib. Əvvəllər yoluxma sayının yüksək olduğu şəhərlərdə küçədə daha çox insan görünməyə başlayıb. Çimərliklərə isə böyük axın var.

Bizimyol.info xəbər verir ki, İzmirin Çeşmə ilçəsində tətilə gələnlərin əlindən yer yoxdur. Çimərliklərə üz tutanların sayının 650 mini keçdiyi bildirilir. Çeşmə və Alaçatı yollarında böyük tıxaclar yaranıb. Avtomobillər yollarda saatlarla vaxt keçirməli olur.

Çeşməyə istirahətə gələn Gülay Akatay deyir ki, hətta şezlonq belə, tapmaq mümkün deyil: “Nə qədər axtardıq, dincəlməyə yer tapmadıq. Sanki bütün ölkə bura gəlib”.

Çimərlik turizmi ilə məşğul olan Səlim Akbaykal isə durumdan məmnun görünür. O, işlərinin çox artdığını bildirir: “Bayrama görə vəziyyət dəyişib. Boş otel tapa bilməzsiniz”.

İndiyə qədər Türkiyədə 230 mindən çox insan virusa yoluxub. Ölənlərin sayı 5700-ü keçib.

Son xəbərlər
Bütün xəbərlər »