Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində uşaq sayı azalır: kasıblar nəsil artırmaq istəmir

Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, keçən il bu ölkədə 778.1 min körpə doğulub. 2018-ci illə müqayisədə say azalıb.

Bizimyol.info xəbər verir ki, Almaniyada 9.4 min daha az körpə dünyaya gəlib. Əvəzində yaşlıların sayı artır.

Hər qadına düşən doğuş sayı 1.54-ə enib. Bu, Avropanın orta göstəricisindən bir az çoxdur. Avropa Birliyində yer alanlar arasında Fransa liderdir. Hər qadına görə ən az doğuş isə Maltada qeydə alınır.

Almaniyada qadınların uşağa sahib olmaq yaşı da yüksəlir. Orta yaş 30.1-ə çatıb. Anaların qucağına ilk dəfə uşaq almasına görə ən geridə italyanlar gəlir. Bolqarıstanda isə qadınlar 26 yaşda buna nail olurlar.

Araşdırmalar göstərir ki, təhsilin səviyyəsinin artması uşağa sahib olmaq məsələsinə ciddi təsir göstərir. Tədqiqatçılardan Filipp Deşemeyer deyir ki, universitetə üz tutan qadınların sayı artıb. Onlar sonradan uşaq sahibi olmağa çox da tələsmirlər.

Almaniya Xalq Araşdırmaları İnstitutunun bir araşdırması da maraqlı nüanslar ortaya çıxarıb. 24-43 yaş arası hər 4 qadından 3-ü düşünür ki, uşaq kasıb ailədə doğulmamalıdır. Respondentlərin yarısı hətta bir az da irəli gedərək, yetərincə pulu olanların bu işə baş qoşmasını uyğun hesab edir.

Almaniya hökuməti isə durumdan məmnun deyil. Ailələrin yalnız 16 faizində 3 və ya daha çox uşaq böyüyür. Hər qadına düşən doğun sayının 2.1 olması qənaətbəxş sayılır.

Son xəbərlər
Bütün xəbərlər »