Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq Jerar Depardyenin cinayət işinin yenilənməsini istəyir
Jerar Depardye

Paris Prokurorluğu istintaq orqanlarına aktyor Jerar Depardye barəsində təhqiqatı yeniləmək xahişi ilə müraciət edib.

Bu barədə "Report" "Euronews"a istinadən xəbər verir. Qeyd edilir ki, söhbət 2018-ci ilin avqustunda yaşı 30-dan az olan aktrisanın tələbi ilə qaldırılmış cinayət işindən gedir.

Aktrisa iddia edirdi ki, rol oynamaq bacarığını yaxşılaşdırmaqla bağlı 69 yaşlı Depardyedən məsləhətlər alıb. Depardye Fransanın paytaxtındakı şəxsi evində ona qarşı iki dəfə zorakılıq tətbiq edib.

Depardye həmin vaxt ünvanına irəli sürülən ittihamları rədd edib. İş üzrə dinləmələr 2018-ci ilin noyabrında keçirilib. Sonda məhkəmə Depardyeni saxlamaqdan imtina edib, çünki onun təqsirinə dair kifayət qədər sübutları aşkar etmək mümkün olmayıb.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »