Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən otel qiymətləri ilə bağlı açıqlama
otel

"Rusiya ilə uçuşlar bərpa edildikdən sonra otellərdə istirahətin qiyməti 2019-cu ildə olduğu kimi qalacaq".

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Otelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır deyib. Onun sözlərinə görə, hazırkı qiymətlər tur operatorları ilə ötən il imzalanmış müqavilədəki kimidir və elə də qalacaq.

Sururi Çorabatır Sururi Çorabatır

“Otellərdə koronavirus pandemiyası tədbirləri ilə əlaqədar xərclərin artmasına baxmayaraq, qiymət artımı olmayacaq. Hətta bəzi otellər müştəri cəlb etmək üçün qiymət endiriminə gedəcək”, - deyə Çorabatır bildirib.

Qeyd edək ki, Rusiya avqustun 1-dən Türkiyə ilə uçuşları bərpa edib. Aviareyslər yalnız Ankara və İstanbul şəhərlərinə keçiriləcək. Bununla yanaşı, avqustun 10-dan etibarən Türkiyənin Antalya, Bodrum və Dalaman kimi kurort şəhərlərinə uçuşlar yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiya martın 27-dən etibarən digər ölkələrlə koronavirus səbəbindən müntəzəm və çarter reysləri dayandırmışdı. Avqustun 1-dən etibarən isə Böyük Britaniya, Tanzaniya və Türkiyə ilə beynəlxalq uçuşları bərpa edib.

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
Son xəbərlər
Bütün xəbərlər »