Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı
Liman gəmi

COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyyə edib.

Azərbaycanın Aktaudakı baş konsuluğundan verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.(azərtac)

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
Son xəbərlər
Bütün xəbərlər »