Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Arsenal” 14-cü dəfə İngiltərə kubokunu qazanıb
Arsenal

Bu gün İngiltərə kubokunda final oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünün qalibi Londondakı “Uembli” stadionunda müəyyənləşib.

Həlledici qarşılaşmada iki paytaxt təmsilçisi – “Arsenal” və “Çelsi” üz-üzə gəlib. Meydana 9-cu dəfə kuboku başı üzərinə qaldırmaq arzusu ilə çıxan “zadəganlar” erkən qolla hesabı açıb. Kubok sayında rekordçu olan “topçular” ilk yarının ortalarında hesabda tarazlıq yaradıb.

Avrokuboklardan kənar qalmamaq üçün mütləq qalib gəlməli olan “Arsenal” ikinci hissədə hesabda önə də keçib. Dublunu rəsmiləşdirən Pyer-Emerik Obameyanq komandasına 14-cü kuboku və Avropa Liqasının qrupuna vəsiqəni qazandırıb.

Bu qələbə ilə “Arsenal” bir il əvvəl Avropa Liqasının Bakıda keçirilən finalındakı məğlubiyyətin də əvəzini çıxıb. Həmin vaxt “Çelsi” 4:1 hesablı qələbə ilə kuboku və Çempionlar Liqasına vəsiqə əldə etmişdi.

İngiltərə kuboku

Final

1 avqust

“Arsenal” – “Çelsi” – 2:1

Obameyanq, 28 (pen.), 68 – Pulişiç, 6

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
Son xəbərlər
Bütün xəbərlər »