Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sağalmış şəxslərdə eşitmə problemləri aşkarlandı

Böyük Britaniyanın Mançester Universitetinin alimləri koronavirusa yoluxub sağalmış şəxslərdə eşitmə ilə bağlı problemlər aşkar ediblər.

Trend-in məlumatına görə, mütəxəssislər 121 xəstə üzərində müşahidə aparıblar. Onlardan 16 nəfəri eşitmə qabiliyyətinin zəifləməsi ilə bağlı şikayət edib.

Bu cür problemlər həmin xəstələrdə xəstəxanadan buraxılandan iki ay sonra qeydə alınıb.

Mütəxəssislər hesab edirlər ki, eşitmənin zəifləməsinə stress və infeksiyaya qarşı istifadə olunan preparatlar təsir edə bilər.

Son xəbərlər
Bütün xəbərlər »