Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BŞBPİ: Karantin qaydalarına pozan şəxslər saxlanılıb

Sosial şəbəkələrdə “Bakı bu axşam” başlığı altında yayılan videogörüntülər hərtərəfli araşdırılıb.

Bizimyol.info xəbər verir ki, Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, iyulun 31-də gecə saatlarında Nəsimi rayonu, Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe, restoranın inzibatçı və müştərilərinin karantin rejim qaydalarını pozmaları müşaiyət olunub. Oradan alış-veriş etmiş bir qrup şəxs həmin kafe və restoranların qarşısında yerləşən parkda sosial məsafəni gözləmədən, 5 nəfərdən artıq qrup halında toplanaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq, əyləniblər.

Yayılan görüntülərdə İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının tərkib əlamətləri olduğuna görə, Nəsimi RPİ tərəfindən həmin inzibati xətaları törədən hüquqi və fiziki şəxslər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd olunanları nəzərə alaraq, paytaxt sakinlərindən tələb edirik ki, mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalara əməl etsinlər.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »