Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimləri keçirilir
Azərbaycan-Türkiyə hərbi təlimləri

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Bizimyol.info xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək "Həyəcan" siqnalı ilə təlim rayonuna çıxarılıb.

Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.

Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »