Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi
Koronovirus zamanı Hekim

Qazaxıstanda koronavirusa qarşı peyvənd insan üzərində sınaqdan keçirilib.

“Xabar-24” məlumat verir ki, peyvəndləmə Qazaxıstan Milli Aqrar Universitetindəki Beynəlxalq Peyvənd Mərkəzində aparılıb.

Respublikanın peyvənd vurulan ilk sakini mərkəzin direktoru Kaysar Tabınov olub.

Ona Avstraliyada hazırlanan və birinci klinik mərhələdə olan “COVAX-19” adlı peyvənd vurulub.

Qazaxıstan Təhsil və Elm Nazirliyinin mətbuat xidməti Qazaxıstan mütəxəssisləri tərəfindən hazırlanan koronavirus peyvəndinin klinik sınaqlardan uğurla keçdiyini bildirib.

Xatırladaq ki, hazırda ölkədə 90 367 nəfərdə koronavirus infeksiyası təsdiqlənib, 60 825 xəstə sağalıb, 793 nəfər ölüb.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »