Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yoxa çıxan lisey şagirdi tapıldı
2 gün əvvəl Bakıda itkin düşən lisey şagirdi tapılıb. Lent.az xəbər verir ki, 16 yaşlı Məhərrəmzadə Dərya İlkin oğlu bu gün özü yaşadığı evə geri dönüb. Lakin o, harada olduğu barədə nəsə deməyib. Məsələ ilə bağlı polisə müvafiq izahat verilib.

Qeyd edək ki, D.Məhərrəmzadə Bakı şəhərində 12 saylı Peşə liseyində aşbazlıq üzrə təhsil alır. O, 12.06.2017-ci il tarixində səhər saat 6 radələrində məktəbə getmək üçün evdən çıxıb. Təhsil aldığı məktəbə gedən Məhərrəmzadə Dərya İlkin oğlu məktəbdə sinif yoldaşları ilə görüşdükdən sonra naməlum istiqamətdə gedib, bir daha geri qayıtmayıb.

Son xəbərlər
Bütün xəbərlər »