Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış iş adamının oğlu Lordlar Palatasında təmsil olunacaq

Rusiyalı iş adamı Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev Britaniya parlamentinin yuxarı - Lordlar Palatasında təmsil olunacaq.

TASS xəbər verir ki, bu barədə Kraliça II Yelizaveta tərəfindən təsdiqlənən siyahıda qeyd edilir.

Siyahıda Britaniyanın “The İndependent” və “Evening Standart” qəzetlərini yayımlayan şirkətin sahibi Yevgeni Lebedev də daxil olmaqla, 36 ad yer alıb.

Ölkənin Baş naziri Boris Conson onu bu mövqeyə tövsiyə edib. Yevgeni Lebedev Lordlar Palatasında müstəqil üzv olacaq, yəni heç bir siyasi qüvvəni təmsil etməyəcək.

Onunla yanaşı, siyahıya keçmiş Britaniya Baş naziri Tereza Meyın əri Filip Mey, hazırkı Baş nazir Boris Consonun kiçik qardaşı və keçmiş təhsil nazirinin müavini Co Conson, Marqaret Tetçerin bioqrafı Çarlz Mur da daxil edilib.(oxu.az)

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
Son xəbərlər
Bütün xəbərlər »