Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Moody's" beş Azərbaycan bankının reytinqinə yenidən baxıb

"Moody's” beynəlxalq reytinq agentliyi “Kapital bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Bank Respublika” və “Bank of Baku” ASC-lərinin reytinqlərinin dövri baxışının başa çatdığını elan edib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, “Moody's” bu dövri araşdırmalarda reytinqlərin uyğunluğunu, son dəyişiklikləri qiymətləndirir, oxşar reytinqli bankların maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır.

Sözügedən icmalda reytinq komitəsi iştirak etmir və bu kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. Agentlik qeyd edir ki, kredit reytinqi və ya proqnozu dövri baxışda dəyişdirilə bilməz.

Qeyd edək ki, hazırda “Moody's” xarici və milli valyutada uzunmüddətli depozit reytinqi üzrə “Kapital bank”ı “Ba3” səviyyəsində, “Azərbaycan Beynəlxalq Bankı”nı “B1”, “Xalq Bank”ı “B2”, “Bank Respublika”nı “B3”, “Bank of Baku”nu isə “Caa1” səviyyəsində qiymətləndirir.

Bundan əlavə, agentlik baza kredit ödəmə qabiliyyəti üzrə (BCA) “Kapital bank”ı “b1” səviyyəsində, “Azərbaycan Beynəlxalq Bankı”nı, “Xalq Bank”ı və “Bank Respublika”nı “b3”, “Bank of Baku”nu isə “caa1” səviyyəsində qiymətləndirir.

Son xəbərlər
Bütün xəbərlər »