Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" Yenidaş kəndində “Yeni Həyat” yarımstansiyasını yenidən qurur

İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Bərdə Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, "Azərişıq" ASC Mətbuat xidmətindən verlən məlumata görə, əhalisinin əksəriyyəti maldarlıq və əkin işi ilə məşğul olan Bərdənin Mehdili kəndinin elektrik enerjisi təsərüffatı 60-cı illərin əvvəllərində qurulub və son illər istifadəyə yararsız vəziyyətə düşüb.1500-dən çox sakinin yaşadığı kənddə elektrik enerjisi itkisi 30-35% olub.

“Azərişıq” ASC Mehdilidə elektrik enerji təchizatını indi tamamilə yenidən qurur.

İstismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.

Bərdə rayonunda Yenidaş kənd ərazisində 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyası yenidən qurulur. Yarımstansiya 7 mindən çox sakinin yaşadığı 8 kəndi kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edəcək. 7,5 MVA gücündə transformator quraşdırılan Yarmstansiyadan 3 ədəd 10 kV-luq hava elektrik verilişi xətti çıxır. Yenidən qurulan yarımstansiya həmçinin 100-dən çox su artezian quyusuna da elektrik enerjisi verir. Kəndlərin suya olan təlabatını ödəmək üçün bu yarımstansiya müstəsna rola malikdir. Açıq tipli yarımstansiya tkinti işləri tam başa çatdıqdan sonra qapalı şəraitdə fəaliyyətini davam etdirəcək.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »