Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
DİM dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək
imtahan

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 3-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Bizimyol.info xəbər verir ki, DİM-in mətbuat xidmətindən verilən məlumata görə, bu imtahanda martın 15-də keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər (76 nəfər), həmçinin iyulun 21-dən 30-dək imtahana yazılan 21 nəfər də iştirak edəcək.

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün AA qrupu üzrə 5, AB qrupu üzrə 23, AC qrupu üzrə 69 olmaqla, ümumilikdə 97 namizəd qeydiyyatdan keçib.

İmtahan keçirilən gün sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, namizədlərin imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Namizədlərlər imtahana tibbi maska ilə gəlməli və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Son xəbərlər
Bütün xəbərlər »