Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İstanbulda gün ərzində qurban kəsən 1153 qəssab yaralanıb
İstanbulda gün ərzində qurban kəsən 1153 qəssab yaralanıb

Azərbaycan kimi Türkiyədə də Qurban bayramına ciddi önəm verilir. Amma bayram xəsarətsiz ötüşməyib.

Bizimyol.info xəbər verir ki, Türkiyənin təkcə İstanbul şəhərində gün ərzində qurban kəsən 1153 qəssab yaralanıb. Qardaş ölkə saytlarında bununla bağlı onlarla foto gözə dəyir. Yazılanlara görə, qəssablardan hətta barmağını itirənlər olub. Ümumilikdə 7 nəfərin daha ağır yaralandığı açıqlanıb.

Başqa şəhərlərdə də bayram xəsarətsiz keçməyib. Dəqiq say yazılmasa da, xəbərlər Türkiyənin bölgələrində də qəssabların ehtiyatsız davrandığına işarə vurur. Məsələn, təkcə Şanlıurfada 113 qəssab yaralanıb. Hətta üz nahiyəsindən xəsarət alanlar var.

Türkiyə saytlarına rəy yazan oxucular rəqəmin belə böyük olmasını səriştəsizliyə bağlayıb. Bir çox qəssablar təcrübəsizlikdən xəsarət alıb. Rəylərdən birində “para olmadığından hər kəs qəssab olmaq istəmiş” yazılıb.

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Son xəbərlər
Bütün xəbərlər »