Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
104 yaşlı professor uzunömürlülüyün sirrini açıqladı
elll

Harvard Universitetinin təqaüddə olan professoru Rut Kundsin özünü çox gümrah hiss edir. Hərçənd, 1916-cı ildə Nyu-Yorkda doğulmuş qadın bir əsrdən çox yaşayıb.

Bizimyol.info xəbər verir ki, 104 yaşlı amerikalı professor uzunömürlülüyün sirrini açıb. O, idman sayəsində belə gümrah qaldığını bildirib. Professor buna görə məşqçisinə xüsusi mənnətdar olduğunu deyib.

Rut Kundsin Rut Kundsin | Foto: South Shore YMCA

Kundsinin valideynləri Latviyada doğulubmuş. Rut Boston Universitetini mikrobiologiya üzrə magistr dərəcəsi ilə bitirib. Doktoranturanı Harvard Universitetində oxuyub. Bu istiqamət üzrə ilk qadın professorlardan olmağı bacarıb. Kundsin təqaüdə yalnız 81 yaşında çıxa bilib. Rut təqaüdə çıxandan sonra sağlamlıq haqqında daha çox düşünməyə başlayıb. Qadın hətta yaşlılar arasında üzgüçülük yarışının qalibi də olub. 93 yaşından idman zalında məşqçi Dik Reymondun köməyindən istifadə edir.

İyulun 28-də Rutun 104 yaşı tamam olub. Həmin gündən professor qərara gəlib ki, daha özünü gücə salmasın, idmanla vidalaşsın. Kundsin həyatından onsuz da razıdır. Təqaüdçü ömrünün qalan hissəsini yaxınlarına həsr etmək istəyir.

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Son xəbərlər
Bütün xəbərlər »