Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Neft bazarı yenə təhlükə qarşısında: qiymətlər gələn il də artmaya bilər
Neft

Neft bazarı martdan özünə gələ bilmir. Bir tərəfdən qlobal səhiyyə böhranı, digər yandan OPEK üzvləri arasındakı fikir ayrılığı qiymətlərə çox təsir göstərib.

Bu müddət ərzində “Brent”in bareli 45 həddini çətinliklə keçib. Amma iyulun 31-də gün ərzində baş verənlər nikbinliyə əsas vermir.

Bizimyol.info xəbər verir ki, neft bazarı yenə təhlükə qarşısındadır. Yanacaq dəyər itirməyə başlayıb. Gün ərzində “Brent”in barelinin hətta 42 dollara təklif edildiyi saatlar da olub. OPEK yenə çətin vəziyyətdədir. Təklifin tələbi aşması belə azuolunmaz mənzərə yaradıb. Ya hasilat yenə azaldılmalı, ya da qiymətin belə aşağı həddi ilə hələ uzun müddət barışmaq lazımdır.

“Rystad Energy” şirkətinin ekperti Byornar Tonhaugen deyir ki, OPEK avqustdan hasilatı artırmaq istəyir, bunun isə yalnız neqativ nəticəsi ola bilər. Qiymətlərin yenə kəskin düşməsi mümkündür.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

İndidən bədbin proqnozlar havada uçur. Mütəxəssislər gələn il də qiymətlərin artmayacağını, barelin 45 dollar həddini keçməyəcəyini bildirir. Qarşıdakı 10 ildə isə 55 dolların maksimal hədd olacağını deyirlər.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Ən qorxulu 15 canlı – Siyahı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »