Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 min əhalisi olan kənd su problemindən əziyyət çəkir - Video

Biləsuvar rayon, İsmətli kəndinin sakinləri içməli su problemindən əziyyət çəkirlər.

Bizimyol.info xəbər verir ki, rayonun ikinci böyük kəndi, 500 evin, 7 min əhalisi olan İsmətli kəndinin sakinləri məsələni ictimailəşdirməklə problemin həll olunacağına ümid edirlər.

Videomüraciət edən sakinlər “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdən şikayətçi olduqlarını bildiriblər.

Qeyd edək ki, iyulun 23-də keçirilən Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə dövlət başçısı bildirib ki içməli su və meliorasiya problemləri diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb: “Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »