Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: İzlənmək istəmirsinizsə, özünüzə “nənəfon” alın

İnternet həyatımızın vazkeçilməzi olandan və hər ailə üzvü öz smartfonunu əldə edəndən sonra bizlər hamımız bir dam altında susan insanlar qrupuna çevrilməkdəyik. Bəs sanal dünya təhlükəsizdirmi?

IT və təhlükəsizlik eksperti İqor Aşmanov çoxlarını maraqlandıran sualları cavablandırır.

İqor Aşmanov İqor Aşmanov

- Deyirlər kamerası olan bütün texnika növləri, notbuk, planşet, smartfonlar istədiyi vaxt bizi çəkə və dinləyə bilər. Bu doğrudur?

- Bəli. Facebook-un yaradıcısı Mark Sukerberq boş yerə öz notbukundakı kameranı skotçlamır. O bunu 7 il öncə etməyə başlayıb. Sizin telefonunuz həmişə yerinizi göstərir və sizi dinləyir. Kameralar aktiv olmasa belə, sizi görür. Telefon hətta kameranın cibdə olarkən çəkməsi ilə qaranlıqda çəkilən şəkli də bir–birindən ayırd edir.Android qurğuların məlumatı həm istehsalçılar, həm də Milli Təhlükəsizlik Agentliyi üçün əlçatandır.

-Belə çıxır ki istifadə etmiriksə telefonu söndürməliyik?

- Bu kömək etməz. Anlamaq lazımdır ki, izləmə kanalları çoxdur. Çalışmaq lazımdır ki, komromatlara yol verməyəsiz. Hətta telefon sönülü olsa belə, əgər siz diqqət mərkəzidə olan birisinizsə səsiniz eşidilir. Hətta, batareyanın çıxarılması da kömək etmir, çünki, bütün telefonlarda çıxarılmayan batareyalar var. Söndürülmə də əminlik deyil. Aparata animasiya edə bilər.İzlənmək, dinlənmək istəmirsinizsə özünüzə “nənəfon” alın, məsələn Nokia 6610 və smartfondan istifadə etməyin

- Siz rəqəmsal təhlükəsizlik sahəsində tanınmış mütəxəssissiniz, sizin telefonunuz hansındandır?

- Mən Koreya istehsalı olan son smartfonlardan birini işlədirəm. Kameram da açıqdır. İzlənmə riski sirli, dövlət əleyhinə işlər görən adamlar üçün var.Bu məmurlara, böyük biznesmenlərə, xüsusi xidmət orqanlarının əməkdaşlarına, cinayətkarlara aiddir. Amma hr bir halda mən də yataq otağında, saunada və ya özəl söhbətlər zamanı smartfonun yanımda olmasını istəmirəm.

- Yəni kişilər xanımının onu izləməsindən qorxmamalıdırlar?

- Adətən adi evdar xanımlar ərlərini izləmək istəslər belə, xüsusi izləmə serverləri onların əlinə bu məlumatı verməyəcək. Əgər gizli mesajları ər özü silməyibsə.Amma əgər ər böyüş şişkadırsa server özü onu şantaj edə bilər.

- Teleqram, Votsap, Vayber kimi mesencerlərin informasiyanı şifrələdiyi bildirilir. Elektron poçtdan onlar daha təhlükəsizdir?

- Əmin deyiləm.Bunu heç kim deyə bilməz.Bu axı marketinqdir.Onların serverlərində sizin yazışmalarınız hansı formada saxlanılır, alqoritm nədir, bunu kimsə bilmir.Məsələn Gooql məktubların məzmununu oxuyur və ona uyğun olaraq o məzmunda reklamlar təqdim edir. Qanunla Gooql məlumatları kəşfiyyat idarəsinə verməlidir. Bütün məlumatları linqvistik analizə malik süni intellekt oxuyur. Windows-10 əməliyyat sisteminin alt qatlarında cəsus klaviatura xidməti var. Sizin klavişə hər basışınız Maykrosoft şirkətinə ötürülür.

- Tez-tez sosial şəbəkələrdə müxtəlif maraqlı testlər təqdim olunur.”Qocalıqda necə olacaqsınız?” və s. İnsanların belə formatlı proqramlara marağı böyükdür. Lakin bu əlavələr profilin məlumatlarına giriş tələbi də verir.Bu təhlükəsizdir?

- Bu testlərin təhlükəsi , mənim fikrimə görə başqadır. Bu insanları kütləvi şəkildə komandalara əməl etməyə öyrədir.Sanki sirkdəki canlıları dressirovka edirlər. Mexanizm sadədir. İnsanların çoxusu diqqətə ehtiyac duyur və bunu tapa bilmir.Lakin bu testlərdə sadə insanları hansısa məşhur simaya, hökmdara bənzədirlər.Bu izləyiciyə xoş gəlir və paylaşır.Burda dressirovkanın məqsədi paylaşımdır.Kimlər ki, bu fləşmoblara kütləvi paylaşımlara meyillidirlər,onlardan kütləvi məqsədlərlə istifadə də asan olur və bu məlumatlar biriləri üçün vacibdir.Bu kütləvi etirazlar, aksiyalar üçün lazım olan insanlar kütləsidir.Ölüm qrupları üçün də insanları belələri arasından seçirlər.

- Ölüm qrupları nədir?

- Uşaqların özünü öldürməsini romantikləşdirən qruplar ölüm qruplarıdır. Parolun oğurlanmması bədbəxtliyin yarısıdır, əgər beynin oğurlandısa, kiməsə tabe oldunsa bu dəhşətdir.Ona görə uşaqlarınızın internet vasitəsilə hansı insanlarla söhbət etməsinin fərqində olmanız önəmlidir.Bilin, onlarla nə danışırlar, onlara nə təlqin edirlər, nə tapşırırlar. Bu onların həyatını xilas edə bilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »