Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məzunlar qəzaya düşüb: Yaralananlar var
Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

Report xəbər verir ki, hadisə bu gün 15:30 radələrində, şəhərin mərkəzində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində minik avtomobillərində olan sürücü və sərnişinlər XI sinif məzunlarıdır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »