Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
COVID19-la ən yaxşı mübarizə aparan ölkələrin adları açıqlandı
Koronavirus

Bu həftə COVİD-19 Qlobal İndeks ( GCİ) koronavirusla ən yaxşı mübarizə aparmış ölkələrin siyahısını təqdim edib. Siyahıyda 82,06 balla Tailand birinci yeri tutub.

Bizimyol.info-nun məlumatına görə Cənubi Koreya 81,09 balla ikinci, Latviya 80,81 balla üçüncü yeri tutub. Daha sonra Malayziya , Tayvan, Yeni Zelandiyanın adları çəkilir. Öncələr birinci yerdə olan Avstraliya isə altıncı pilləyə düşüb. Pandemiya dövründə Tailandda 3304 yoluxma qeydə alınıb ki, bunun da 58-i ölümlə nəticələnib.

Siyahıda Rusiya 95-ci, ABŞ 119-cu yeri alıb. Ən sonda İsveçrə, Monteneqro, Boliviya, Honduras və Qvineya qərarlaşıblar. Qeyd edək ki, bu indeks Malayziyanın Elm və Texnoloji İnnovasiyalar nazirliyi ilə birgə PEMANDU Associates şirkəti tərəfindən hazırlanıb.Bu siyahı eyni zamanda ölkələrin istənilən epidemiyaya hazırlıq dərəcəsini göstərir.

Hopkins Universitetinin hesablamalarına görə, bu günə qədər koronavirusa 17 224 543 nəfər yoluxub,672049 nəfər bu xəstəliyə qurban gedib.

İlhamə

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »