Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada mərmi partlayıb, ölən var

Rusiyanın Kursk vilayətində partlayış baş verib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə region administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, hadisə Qorşeçnoe qəsəbəsində qeydə alınıb. Zibilxana ərazisində İkinci dünya müharibəsindən qalmış mərmi partlayıb. Nəticədə bir kişi həlak olub.

Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları və minaaxtaranlar cəlb edilib.

“Report” xatırladır ki, İkinci dünya müharibəsinin və ümumiyyətlə tarixin ən qanlı döyüşlərindən biri Kursk şəhərində baş verib. SSRİ və Almaniyadan minlərlə tankın (SSRİ-dən 3300, Almaniyadan 2900) iştirak etdiyi Kursk döyüşü tarixə “tanklar savaşı” kimi daxil olub. Döyüş hitlerçilərin məğlubiyyəti ilə başa çatıb və bundan sonra Almaniya müdafiə mövqeyinə keçərək SSRİ-nin yeni-yeni ərazilərini ələ keçirmək planından birdəfəlik imtina edib.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »