Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
FİFA Canni İnfantino barəsində cinayət işinə reaksiya verdi
Canni İnfantino

FİFA təşkilatın prezidenti Canni İnfantino barəsində araşdırmanın başlanması haqqında informasiyaya reaksiya verib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"FIFA İsveçrənin Xüsusi Dövlət Prokurorluğunun ölkənin Baş prokuroru Maykl Lauber və FIFA prezidenti Canni İnfantino arasındakı görüşləri araşdırmaq qərarını qəbul edir. FİFA, prezidenti də daxil olmaqla, İsveçrə hakimiyyətini səlahiyyətlilərinin ixtiyarındadır və həmişə olduğu kimi, bu araşdırma ilə də tam əməkdaşlıq edəcək", - deyə FIFA-nın rəsmi saytında bildirilir.

Qeyd edək ki, İsveçrə Federal Məhkəməsi FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb. İtaliyalı funksioner vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

Xatırladaq ki, İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Ən qorxulu 15 canlı – Siyahı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »