Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft şirkətləri böyük zərərdən qaça bilmir - Video

Qlobal böhranın az qala zərər vurmadığı sahə yoxdur. Neft sektoru isə qlobal böhrana görə daha böyük ziyan görüb.

Məcburiyyətdən irəli gələrək sərt karantin rejimlərinin tətbiqi neft məhsullarına tələbatın kəskin azalması ilə nəticələnib. Buna görə də neft şirkətləri böyük zərərdən qaça bilmir.

Bizimyol.info xəbər verir ki, Avropanın böyük neft şirkətləri çox ağır duruma düşüb. İlin ikinci kvartalında “Royal Dutch Shell”in qazancı 82 faiz azalıb.

Britaniya-Niderland şirkətinin itkisi 18 milyard dollar olub. Bu müddətdə cəmi 634 milyon dollar qazancdan söhbət gedə bilər.

“Total”ın qazancı 96 faiz azalıb. Fransız şirkətinin gəlirinin 126 milyon dollar azaldığı açıqlanıb. İtaliyanın “Eni”si də zərbədən yayına bilməyib. Burada itki 839 milyon dollara çatıb. Bu fonda Avropanın birja indeksləri aşağı düşüb.

Son xəbərlər
Bütün xəbərlər »