Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayraqlar yenidən şəhid generalın evinin qarşısından asıldı - Foto

Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhid general-mayor Polad Həşimovun evinin qapısından yenidən Azərbaycan dövlət bayrağı asılıb.

Bizimyol.info xəbər verir ki bu barədə Qəbələ rayon sakini Nurlan Bədlirli məlumat verib.

Məlumata görə, şəhid generalın evinə gedən yolda və evin qarşısında bayraqlar asılıb.

Qeyd edək ki ötən gün şəhid generalın evinin qarşısından bayraq götürülüb. Bu hadisəyə görə Vəndam sakinləri qəsəbə icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edirdilər. "Şəhidimiz o bayraqdan ötrü canını verib" deyən vətəndaşlar bu yanlışın dərhal aradan qaldırılmasını tələb ediblər.

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov 45 yaşında, 14 iyul 2020-ci il tarixdə Tovuz istiqamətində olan döyüşlər zamanı qəhrəmancasına həlak olub.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »