Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya qazına əvəz tapıb
Qaz, təbii qaz

Rusiya qazının Türkiyəyə ixrac həcmi may ayında 62 faiz azalıb. Bu barədə qardaş ölkənin enerji tənzimləyicisi EPDK məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə Rusiya qazına Asiyada əvəz tapıb. Qardaş ölkə Qətərin payını artırıb. Asiya dövləti ilə sövdələşmə daha sərfəli hesab olunub.

Rusiya mayda Türkiyəyə təxminən 340 milyon kubmetr qaz ixrac edib. Halbuki 2019-cu ilin analoji dövründə 849.4 milyon kubmetrdən söhbət gedirdi.

İstanbul İstanbul, Türkiyə | Foto: Pixabay.com

Bununla da Rusiyanın Türkiyə bazarındakı payı 5.08 faiz azalıb. Qətərin bazardakı payı isə 19.5 faizə və ya 520.2 milyon kubmetrə çatıb. Türkiyəyə ən çox qazı Azərbaycan satır. Bazardakı payın 33.05 faizi bizim ölkəyə məxsusdur.

“Fitch” agentliyinin proqnozuna görə, bu il TTF Avropa qovşağında qazın min kubmetrinin qiyməti 88.3 dollar olacaq. Qiymətin gələn il yüksələcəyi gözlənilir. 2021-ci ildə qazın min kubmetri orta hesabla 132.4 dollara təklif olunacaq.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »