Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şaxtadan tapılan iki daş kasıb kişini milyonçuya çevirdi – Foto, Video

Tanzaniyalı Saniniu Layzer ömrü boyu şaxtada işləyərək kömür çıxarıb. Bir ay öncə onun başına teleh quşu qonub.

Tapdığı iki ağır daş parçası parlaq rəngi ilə onu cəlb edib və o tapıntısını zərgərlərə göstərib. Məlum olub ki,şaxtaçı 9,2 və 5,8 kq ağırlığında iki tanzanit tapıb. Tanzanit ilk dəfə 1967-ci ildə Tanzaniyada Mererani təpəliklərində tapılıb. Dünyada yalnız bu ölkədə çıxır. Hesablamalara görə, 2050-ci ilə qədər dünyada tanzanit ehtiyatları tamamilə tükənəcək. Bu da mineralın qiymətinin artmasına səbəb olur.

Tanzanit Tanzanit daşları

İşləndikdən sonra almaz kimi çoxlu rənglər əks etdirməyi bacarır. “Titanik” filmində Rouzun boynundan asılmış o məşhur mavi brilliant əslində tanzanit daşı idi.

Tapıntısı Saniniuya 7, 7 milyon dollar qazandırıb. Lakin bir həftə keçmədən şaxtaçı yenidən 6 kiloluq tanzanit taparaq, taleyi tərəfindən mükafatlandırlıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »