Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Total”ın xalis mənfəəti 23 dəfə azalıb
total_0

Fransanın “Total” neft şirkətinin xalis mənfəəti 2020-ci ilin II rübündə ötən ilin eyni dövrü ilı müqayisədə 22,9 dəfə (96%) azalaraq 126 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, kəskin enişin əsas səbəbləri “Brent” markalı neftin və qaz qiymətlərinin aşağı olması və COVID-19 pandemiyasının bazarda tələbə mənfi təsiri olub. Şirkətin əməliyyatlardan əldə olunan nağd pul vəsaitlərinin axınıda illik 44% azalaraq 3,47 mlrd. dollar enib.

Qeyd edək ki, bu ilin II rübü ərzində “Total”ın qaz hasilatı 4% azalaraq neft ekvivalentində gündəlik 2,85 mln. barel təşkil edib. Bundan əlavə, şirkət 2020-ci il üçün olan investisiya planına dəyişikliklər edərək, yatırılacaq sərmaye həcmini planlanılan 15 mlrd. dollardan 14 mlrd. dollara endirib.

Xatırladaq ki, “Total” şirkəti Azərbaycanda SOCAR ilə birlikdə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə “Total” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »