Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkilləri gözübağlı çəkən azərbaycanlı rəssam "Ginnes"ə düşmək istəyir - Video

O qeyri adi-bir kənd müəllimidir. Lənkaranın Sutəmırdov kəndində, anadan olub, böyüyüb, ali təhsil aldıqdan sonra da ömrünü doğma kəndinə bağlayıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini və Lənkaran Dövlət Universitetinin tarix fakültəsini bitirib. Hazırda Sultəmirdov kəndində tarix müəllimi işləyir. Lakin, onun rəssam kimi sorağı ölkəmizə və ölkəmizdən kənarda səs salıb. Belə ki, Vüsal müəllim gözübağlı şəkildə dünya xəritəsini 3 dəqiqədə çəkə bilir , həm də heç bir səhv etmədən. Elə bu bacarığına görə, Ginnesin rekordlar kitabına adını yazdırmaq istəyir.Lakin, bu işdə ona müəyyən dəstək lazımdır.

Vüsal Cabbarov

“Təşkilatın qeydiyyatından keçmişəm, mənə burdan dəstək lazımdır.Maddi dəstək istəmirəm, sadəcə, o təşkilata qeydiyyata düşmək üçün əlaqələndirici ilə görüşməliyəm. Vəssalam.Qalanı öz işimdir. Çünki, təşkilat həmin ölkədən maraqlanır.Keçmiş mədəniyyət nazirimiz Əbülfəz Qarayev Lənkaranda mənə şəxsən söz verdi ki qeydiyyat məsələsinə kömək edəcək, Ginnesin Azərbaycan nümayəndəsi Fuad adlı şəxslə məni əlaqələndirəcək.2019-cu ildə Lənkərana səfəri zamanı nazir mənə portretini də çəkdirdi. 3 dəqiqəyə Mixaylo kimi rəsmini Not 4 telefonun qələmi ilə telefonun ekranına çəkdim. Özü istədi bunu. Lakin boş vəd verib getdi. Mən daha gözləmək istəmirəm, Əgər öz ölkəmdən dəstək ala bilməsəm, Türkiyə və ya Rusiyaya müraciət edəcəm”,- deyə Vüsal müəllim Bizimyol.info-ya verdiyi açıqlamada bildirib.

Vüsal Cabbarov

Vüsal müəllim qeyd edir ki, rəssamlıq tarixində cızma üslubunun banisidir. Bir- birinin əksinə işləyən ştrixlərlə portret çəkir. O xəyalında aydın canlandırdığı simaların portretini rahatlıqla gözübağlı işləyə bilir. Bu xüsusiyyətinə görə dünyada ilk və yeganə rəssamdır.Yaradıcılığında plagiatdan istifadə etmək istəməyən Vüsal həmçinin daha bir texnikanın yaradıcısıdır. Taxta üzərində döymə işlərini çox rəssamlar edə bilsə də, kağız üzərində döymə və yandırma üsulunda işləmək hər istedadlı əlin hünəri deyil Həmyerlimiz bu işdə də ilkə imza atıb. Vüsal Cabbarovun əl işləri Rusiya telekanallarında da göstərilib.

Vüsal Cabbarov

Hər kəsin maraq göstərdiyi rəssama öz ölkəmiz də sahib çıxmalıdır. Axı Ginnes kimi dünyada tanınan, nüfuzlu bir qurumda soydaşımız mədəniyyətimizi təmsil edəcək.Dəyərini bilmədiyimiz üçün xaricə köç etmiş yüzlərlə, minlərlə həmyerlimizin karvanına unikal qabiliyyətə sahib olan rəssamımızı da qoşmayaq, sahib çıxaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »