Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin reytinqi aşağı düşüb

Rusiyada referendum ərəfəsində və sonra etiraz aksiyalarının intensivləşməsi müşahidə olundu. Ölkədə dövlət başçısından narazılığın artması mənzərəsi var.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin reytinqi aşağı düşüb. “Levada” sorğu mərkəzinin nəticələrinə görə, rusların yalnız 23 faizi ona inanır. Sonrakı yerləri hərəyə 10 faizlik reytinqlə baş nazir Mixail Mişustin və Vladimir Jirinovski tutur. Xabarovsk vilayətinin həbsdə olan rəhbəri Sergey Furqal 3 faizlə yeddinci pillədə qərarlaşıb. Müxalifətin lideri Aleksey Navalnıya respondentlərin 2 faizi etibar etdiyini açıqlayıb. Fikri soruşulanların 17 faizi heç kimə güvənmədiyini söyləyib.

Moskva Moskva, Rusiya / Foto: Pixabay.com

Respondentlərin 60 faizi Putinin ümumi işini pisləməyin tərəfdarı deyil. Rəqəm böyük görünsə də, dövlət başçısının bu postda olduğu dövrdə ən aşağı göstəricidir. Məsələn, 2015-ci ildə repondentlərin 87 faizi Putinin işini pis qiymətləndirmirdi.

2017-ci ilin noyabrında “Levada”nın sorğusunda iştirak edənlərin 59 faizi Putinə etimad göstərdiyini demişdi. Onda Sergey Şoyqu və Sergey Lavrov prezidentin ən yaxın izləyicisi olmuşdu.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »