Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Neftçi" klubu azarkeşlərinə müraciət etdi
neftci

"Əziz “Neftçi” azarkeşləri! Ölkədə ilk klub televiziyası “Neftçi TV” artıq fəaliyyətə başlayıb. Çalışırıq ki, sizə gün ərzində komandamız haqqında dolğun, düzgün xəbərlər çatdıraq, tariximiz haqqında geniş məlumat verək, maraqlı proqramlar hazırlayaq. Gün keçdikcə daha çox yeni verilişlərlə qarşınıza gələcəyik. Sizin dəstəyinizə ehtiyacımız var".

"Report"un məlumatına görə, bu fikirlər "Neftçi" klubunun öz azarkeşlərinə ünvanladığı müraciətdə əksini tapıb. Klub fanatlarından bu yaxınlarda fəaliyyətə başlayan klub televiziyasına abunə olmağı xahiş edib.

Müraciətdə əsas hədəfin abunəçi sayının 100 000-ə çatdırılmasından ibarət olduğu vurğulanıb: "Hesab edirik ki, hazırda “Neftçi” azarkeşlərindən ən azı 100 minə yaxını “YouTube” istifadəçisidir. Kanalın abunəçi sayı isə 21 700 nəfərə yaxındır. Buna görə də abunəçi sayının çox az olduğunu hesab edirik və bu postu görən hər birinizdən dəstək gözləyirik. Bunu paylaşın və hər kəsi “Neftçi TV”yə abunə olmağa səsləyin. Hədəf 100 000 abunəçidir!".

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
Son xəbərlər
Bütün xəbərlər »