Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts koronavirus testlərinə görə narazılıq etdi: “Boşuna zaman itkisidir”

Pandemiya başlayandan ABŞ-da koronavirusa qarşı 53 milyon test aparılıb. Onlardan 5 milyonunun nəticəsi poziti çıxıb.

Bizimyol.info CNBC kanalına istinadən xəbər verir ki, aparılan testlər və onların nəticələri milyarder , Microsoft şirkətinin yaradıcısı Bill Qeytsi məmnun etməyib. O telekanala verdiyi müsahibə zamanı ABŞ rəhbrliyini yarıtmaz iş aparmaqda ittiham edib.

“Testlər daha sürətlə aparılmalı, onların nəticələri daha tez bilinməlidir. Yoluxmuş şəxs vaxtında təcrid olunmasa yoluxanların sayını dəfələrlə artırmış olur. Boşuna zaman itkisidir”,- deyə milyarder qeyd edib.

Qeyd edək ki, Quest Diagnostics şirkətinin məlumatına görə, ABŞ-da nüfuzlu şəxslərin testlərin cavablarının bəlli olmasının orta müddəti 2 gündür. Adi vətəndaşlar isə bunun üçün 1 həftə gözləməli olurlar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »