Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilir

Bu gün Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, təxliyə edilən vətəndaşlar ötən gün PCR testlərindən keçiriliblər və onların heç biridə yeni növ koronavirusa yoluxma aşkarlanmayıb.

Təxliyə edilən şəxslər saat 10:00-da Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanda yaşayış icazəsi olan və ya Azərbaycan vətəndaşı ilə nikahda olan 119 Gürcüstan vətəndaşı, həmçinin 1 Türkiyə və 8 Rusiya vətəndaşı olan soydaşımız da Azərbaycana təxliyə olunacaq. Təxliyə edilənlər ölkə ərazisinə keçdikdən sonra karantinə alınmayacaqlar və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »