Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rembrandtın avtoportreti 18,7 milyon dollara satılıb

Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandtın (1606-1669) avtoportreti “Sotheby's” ticarət evində hərraca çıxarılıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Avtoportret 14,5 milyon funt sterlinqə (18,7 milyon ABŞ dolları) satılıb. Əsər 1632-ci ildə, rəssamın 26 yaşında olduğu zaman çəkilib.

Qeyd edək ki, hərracdan əvvəl ticarət evi koronavirusla mübarizə üzrə tədbirlərin yumşaldılmasından faydalanaraq əsəri Nyu York və Honkonqdakı potensial alıcılara təqdim edib.

Son xəbərlər
Bütün xəbərlər »