Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı vətəndaşlarına yaşıl işıq yandırdığı ölkələrin sayını azaldır - Video

Koronavirusun ikinci dalğası sərhədlərin açılması ilə bağlı ümidləri artmağa qoymur. Əksinə, Avropa İttifaqı vətəndaşlarına yaşıl işıq yandırdığı ölkələrin sayını azaldır.

Bizimyol.info xəbər verir ki, daha iki dövlətdən olanlar yaxın gələcəkdə Avropaya gedə bilməyəcəklər. Mərakeş və Əlcəzairin adı siyahıdan çıxarılıb. Avropa İttifaqı bunu Şimali Afrika ölkələrində virusa yoluxma hallarının sayının artması ilə əlaqələndirir.

İki həftə əvvəl Serbiya və Çernoqoriya da bənzər taleyi yaşamışdı. Bu ölkələrdə də koronavirusla bağlı vəziyyət ağırlaşmışdı.

Avropa İttifaqı məsələyə hər iki həftədən bir baxır. Ölkələrdə pandemiya ilə bağlı vəziyyət araşdırılır.

İndiyə qədər Avropa İttifaqı 13 ölkənin vətəndaşlarına gəlməyə icazə verirdi. Üstəlik, qarşılıqlı olmaq şərti ilə Çinin adı da siyahıya salınmışdı. Aralıq dənizində kurort mövsümünün boşa getdiyini demək olar. Ətraf ölkələrdə pandemiya ilə bağlı vəziyyət yaxşı deyil. Bundan başqa, oralardan qayıdanlar iki həftəlik karantinə göndərilir. Avropalılar bunu nəzərə alaraq, yaşadığı ərazidə dincəlməyə üstünlük verir.

Son xəbərlər
Bütün xəbərlər »