Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Instagram”da narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs həbs olunub - Foto, Video
Daxili İşlər Nazirliyi

“İnstagram” sosial şəbəkəsində “m_s700” adlı profil açaraq narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan şəxs saxlanılıb.

DİN-də verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Sabunçu rayon sakini Sahib Məmmədov saxlanılıb.

Sahib Məmmədov Sahib Məmmədov

Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sahib Məmmədovun mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilib. (Qafqazinfo.az)

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
Son xəbərlər
Bütün xəbərlər »