Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Amerikalı səfirin Cənubi Koreyada bığ böhranı
Harri Xarris - Səfir

ABŞ-ın Cənubi Koreyadakı səfiri Harri Xarris yerli əhalinin xoşuna gəlməyən və narazılığına səbəb olan bığlarını qırxdırmalı olub.

Bizimyol.info Qazeta.ru-ya istinadən xəbər verir ki, bundan öncə səfirə bu barədə dəfələrlə müraciət olunsa da, o, media qarşısına çıxaraq etirazını bildirmişdi.

“Mən uzun illər ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmişəm. Gənc qalmaq və müəyyən dəyişiklik etmək arzum var idi. Gəncləşə bilmədiyim üçün imicimi dəyişmək məqsədilə bığ saxlamışam. Bununla cənubi koreyalıları təhqir etmək niyyətim olmayıb”,- deyə səfir qeyd edib.

Qeyd edək ki, 2018-ci ildə bu ölkəyə təyin edilmiş səfirin xarici görünüşü koreyalılara 1905-45-ci illərdə Cənubi Koreya yarımadasında rəhbərlik etmiş yapon generalları xatırladıb. Rəhbərlik etmiş 8 generalın hamısı bığ saxlayıb. Harri Xarrisin anasının da yapon olması ona qarşı narazılığı daha da artırıb.Ona ölkəylə dost münasibətlərini nümayiş etdirmək üçün bığlarını qırxdırmaq təklif olunsa da səfir etiraz edib. Lakin bu günlərdə o bığlarını qırxdırması barədə xəbəri öz sosial şəbəkə hesabında paylaşaraq bunu istidə maska ilə bığ saxlamağın çətin olmasıyal əlaqələndirib.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »