Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydalarını pozan ovçu saxlanılıb

Karantin qaydalarını pozmaqla qanunsuz ov edən Cəlilabad sakini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq qurulmuş postlardan birində xidmət apararkən bir qədər aralıda, rayonun Hamarqışlaq kəndi ərazisində bir nəfər şəxsin avtomobilini yol kənarında saxlayaraq ov silahından atəş açdığını müəyyən ediblər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşdıqda onun həmin ərazidə qanunsuz ov edən Cəlilabad şəhər sakini Valeh Babayev olduğu məlum olub. Eyni zamanda yaşayış yerini müvafiq icazə olmadan tərk etməklə karantin qaydalarını pozan həmin şəxsdən 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı 18 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »